EN

Ceyhun Bayramov Vatikan rəsmisi ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Müqəddəs Taxt-Tacın Dövlətlərlə Əlaqələr üzrə Katibi Arxiyepiskop Pol Riçard Qallagerlə çoxtərəfli görüş keçirib.

 

“İki sahil” xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

Qeyd edilib ki, tərəflər əməkdaşlığın perspektivlərini, regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə etmək üçün geniş formatda görüşüblər.

Xarici işlər nazirləri dünyada multikulturalizmin və dinlərarası dialoqun təşviqinə yönəlmiş birgə səylər və təşəbbüslərin əhəmiyyətini vurğulayıblar.

Chosen
12
1
ikisahil.az

10Sources