EN

Şok fakt! - ürəyimizin də beyni var imiş...

Yeni araşdırmalar nəticəsində ürəyimizin özünəməxsus beyni olduğu ortaya çıxıb. 

News365.az xəbər verir ki, Karolinska İnstitutu və Kolumbiya Universitetinin apardığı yeni araşdırmada maraqlı nəticələr ortaya çıxıb. Ürək, ürək döyüntülərini idarə edən kiçik bir beynə, öz sinir sisteminə sahibdir. 

Əvvəllər ürəyin tamamilə əsas beynimizdən gələn siqnallarla idarə olunduğu düşünülürdü. Ürək divarının səthi qatlarında yerləşmiş sinir şəbəkəsi, beyindən gələn siqnalları ötürən sadə bir struktur kimi qəbul edilirdi. Ancaq son araşdırmalar bu şəbəkənin daha inkişaf etmiş bir funksiyaya malik olduğunu irəli sürür.

Alimlər bu kiçik beyinin - ürək ritmini tənzimləməkdə həyati əhəmiyyət daşıyan özünəməxsus mürəkkəb sinir sisteminə sahib olduğunu aşkar ediblər.

Sözügedən yeni kəşf ürək xəstəliklərini daha yaxşı başa düşülməsi və yeni, daha dəqiq müalicə üsullarının hazırlanması deməkdir.


Chosen
25
news365.az

1Sources