EN

Ərdoğan Efiopiya və Somaliyə səfər edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əldə olunan razılaşmaları dünyaya çatdırmaq üçün gələn ilin ilk iki ayında Efiopiya və Somaliyə səfər etmək niyyətində olduğunu açıqlayıb. O, bu barədə Ərzurumda gənclərlə görüşdə məlumat verib. Xəbəri “Anadolu” yayıb. 

“Uzun illərdir Efiopiya ilə Somali arasında problemlər var. Efiopiya ərazisi Somalidən iki dəfə böyük olan bir ölkədir, lakin dənizə çıxışı yoxdur. Bu vəziyyət onlara ciddi çətinliklər yaradır. Digər ölkələrin çoxsaylı cəhdlərinə baxmayaraq, bu problem həllini tapmayıb”, - deyə Ərdoğan bildirib.

Prezident vurğulayıb ki, Efiopiyanın baş naziri ilə yaxşı münasibətlər sayəsində tərəflər danışıqlar aparıb. “Biz bu məsələləri müzakirə etdik və razılığa gəldik. Türkiyə ən çətin vaxtlarda, xüsusilə də terror qruplarının fəaliyyət göstərdiyi dövrlərdə Somalini dəstəkləyən nadir ölkələrdən biri olub. Biz Somalidə terrorla mübarizə üçün əhəmiyyətli sərmayələr yatırdıq və addımlar atdıq”.

Ərdoğanın sözlərinə görə, Türkiyə Efiopiyaya hərtərəfli dəstək verməyə hazırdır: “Biz dedik ki, iqtisadi və müdafiə sahəsində kömək edəcəyik. Yeddi saat davam edən görüşdə razılıq əldə edə bildik, bundan sonra mətbuat konfransında bunu bildirdik. Qərara gəldik ki, gələn ilin əvvəlində Efiopiya və Somaliyə səfərlər edərək, addımlarımızı dünyaya elan edim”.

Ərdoğan həmçinin bu addımların Afrikanın daha yaxşı gələcəyinə töhfə verəcəyinə ümid etdiyini bildirib: “Biz bu qərarı bütün dünyaya çatdırdıq və beynəlxalq ictimaiyyət bizi dəstəklədi. Səmimiyyət və xoş niyyət istənilən məqsədə çatmağa imkan verir”.

 

P.ƏMİRCANOV

XQ

 

 

Chosen
34
1
xalqqazeti.az

2Sources