EN

Ombudsmanın yanında “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrup yaradıldı

Ombudsmanın yanında “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrup yaradılıb.

“Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinə görə psixiatriya yardımı göstərilən şəxslərin hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına nəzarət edən qurum qismində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) müəyyən edilib.

Qeyd olunanlardan irəli gələrək, həmçinin Ombudsman Aparatının təşkilatçılığı ilə cari ilin aprel ayında keçirilmiş “Azərbaycanda psixi sağlamlıq məsələləri və psixi pozuntulardan əziyyət çəkən şəxslərin hüquqları” mövzusunda dəyirmi masada irəli sürülmüş təklif və tövsiyələr nəzərə alınaraq, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)Səbinə Əliyevanın təşəbbüsü ilə Ombudsman yanında “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrup yaradılıb.

Müvəkkilin rəhbərlik etdiyi İşçı Qrupa müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, psixi sağlamlıq üzrə təcrübəli ekspertlər, Ombudsman Aparatının əməkdaşları daxildir.

İşçi Qrupun yaradılmasında məqsəd beynəlxalq təcrübədən, ən son yanaşmalardan yararlanaraq cəmiyyətin həssas qruplarının müdafiəsi istiqamətində yeni standartların qəbul olunması, qanunvericiliyin təkmilləşdirilməsi, psixiatriya yardımı göstərilən müəssisələrdə xidmət keyfiyyətinin artırılması ilə bağlı təkliflərin irəli sürülməsi və maarifləndirici təlim proqramlarının hazırlanması vasitəsilə həm hüquqi, həm də praktiki baxımdan inklüziv cəmiyyətin qurulmasına töhfə verməkdir.

Mənbə: aqreqator.az

Chosen
22
9
aqreqator.az

10Sources