EN

Kimlərə botoks olmaz?

İllərdir ki, insanlar qocalmamağın sirlərini axtarır. 

Cavan görünmək üçün müxtəlif kosmetoloji prosedurlar mövcuddur. Bunlardan biri də botoksdur.

Ancaq mütəxəssislər isə israrla iddia edir ki, botoksu hər şəxs etdirə bilməz. Ancaq reallıqda isə bunun əksini görürük.

Maraqlıdır, botoks kimlərə olmaz?

Kosmetoloq həkim Aynurə Həsənova Hit.az-a deyib ki, botoksdan hamiləlik, südvermə dövrü, dəri xəstəliyi, sellülit, çapıqlar, qan laxtalanmasında pozğunluq, qan sulandırıcı maddələrin istifadəsi , tətbiq edilən nahiyədə əzələ zəifliyi, sinir əzələ keçəcəyində xəstəlik varsa, o zaman botoks  etmək olmaz:

 “Botoksdan  öncə analizlər verilməlidir.   Bəzi dərman preparatları var ki, onlar prosedurdan öncə istifadə olunmamalıdır. Botox inyeksiyalarına əks göstərişlər arasında kəskin yoluxucu xəstəliklər, immun çatışmazlığı, qızdırma var. Həmçinin 18 yaşdan kiçik xəstələrə botoks olunmamalıdır”.

Sevinc

Chosen
8
hit.az

1Sources