EN

İRİA marketinq xidməti üçün 2 milyona yaxın vəsait xərcləyəcək - İşləri "tender kralı" həyata keçirəcək

"İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi" (İRİA) publik hüquqi şəxsi marketinq xidməti üçün 2 milyona yaxın vəsait xərcləyəcək.

 

Pravda.az-ın xəbərinə görə, işləri "Elvi.M.M. Services Group" MMC həyata keçirəcək.

 

Bağlanılan müqaviləyə əsasən, qurum şirkətə 1 844 192 AZN köçürəcək.

 

Xidmətə rəqəmsal hökumət fəaliyyəti çərçivəsində müxtəlif kommunikasiya kanallarında məlumatların yerləşdirilməsi, maarifləndirici məlumatların televiziya və radio vasitəsilə geniş auditoriyaya çatdırılması daxildir.

 

Qeyd: Nizamnamə kapitalı 834 127 AZN olan "Elvi.M.M. Services Group"un qanuni təmsilçisi Coşqun Fəxrəddin oğlu İsgəndərovdur. Şirkətin bir neçə qurumun elan etdiyi tenderlərin, o cümlədən ötən il Sabirabad RİHB-nın Sabirabad Şəhər Nümayəndəliyinin elan etdiyi “Sabirabad şəhərində abadlıq işlərinin aparılması” tenderinin də qalibi olub.

 

Cabir Həsənov

Tarix: 16 Dekabr 2024, 16:08   
Chosen
19
1
pravda.az

2Sources