EN

93 kiçikhəcmli gəmi ilkin dövlət qeydiyyatına alınıb

Bu il fiziki və hüquqi şəxslərə məxsus 93 kiçikhəcmli gəmi ilkin dövlət qeydiyyatına alınıb. SİA xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov Nazirliyin yaradılmasının 19-cu ildönümü münasibətilə keçirilən iclasda deyib.

O bildirib ki, gəmi sahiblərinin müraciətinə əsasən 1977 kiçikhəcmli gəmiyə texniki baxış keçirilib:

"Təyinatından asılı olmayaraq fiziki və hüquqi şəxslər tərəfindən tikinti işləri aparılan 2890 obyektdə tikintiyə dövlət nəzarəti aparılıb. Sənayedə və dağ-mədən işlərində təhlükəsizliyə nəzarət məqsədilə 2964 müəssisədə 37 mindən artıq təhlükə potensiallı qurğu və avadanlıq üzrə texniki müayinələr keçirilib, həmçinin 4800 nəfər fəhlə və mühəndis-texniki işçinin texniki təhlükəsizlik qaydaları üzrə bilikləri yoxlanılıb.

Əhalinin və ətraf mühitin radiasiya təhlükəsizliyinin təmin edilməsi və ionlaşdırıcı şüalanma mənbələrinin fiziki mühafizəsinin təşkilinin yoxlanılması məqsədilə tibb, sənaye və elmi-tədqiqat müəssisələrində 256 nəzarət-yoxlama tədbiri, eyni zamanda radioaktiv mənbələrin idxal-ixrac əməliyyatları zamanı 95 radioaktiv mənbənin eyniləşdirilməsi və dozimetrik nəzarəti həyata keçirilib"

Chosen
30
2
sia.az

3Sources