EN

Konstitusiya Məhkəməsi prezidentlə bağlı qərar verdi

Cənubi Koreyanın Konstitusiya Məhkəməsi bu ölkənin prezidenti Yun Seok Yeolun işinin istintaqını nə vaxt aparacağına qərar verib.

7Times.az  xəbər verir ki, “Yonhap” agentliyinin məlumatına görə, ilk məhkəmə iclası dekabrın 27-də olacaq.

Konstitusiya Məhkəməsi ya parlament tərəfindən prezidentin vəzifədən azad edilməsini təsdiq edəcək, ya da onu prezident vəzifəsinə bərpa edəcək.

Koreya Respublikasının parlamenti dekabrın 3-də ölkədə hərbi vəziyyət tətbiq edən, bir neçə saat sonra isə bu vəziyyəti ləğv edən prezident Yun Seok Yeola impiçment elan edib.

Modern.az

Chosen
27
1
7times.az

2Sources