EN

PAŞA Qrup şirkətləri son 3 ayda hansı sosiyal layihələri həyata keçiriblər?

Bakı. Trend:

Ölkənin ən böyük şirkətlər qrupundan olan PAŞA Qrup ölkə,əməkdaşlar və cəmiyyət qarşısında öz məsuliyyətini anlayır vəmüvafiq qaydada davranmağa çalışır. Şirkət öz sosial fəaliyyətinəböyük diqqət ayırır və bu fəaliyyətini cəmiyyət üçün yaratdığı əsasdəyərlərdən biri olaraq görür. Qrupun Korporativ Sosial Məsuliyyət(KSM) fəaliyyətləri çoxşaxəlidir və uşaqlara, xüsusən dəaztəminatlı ailələrdən olan uşaqlara dəstək sözügedənfəaliyyətlərin mühüm hissəsini təşkil edir.

Belə ki, davamlı olaraq KSM layihələri reallaşdıran PAŞA Holdingsentyabr ayında ənənəvi olaraq yeni tədris ili ərəfəsindəregionlarda yaşayan aztəminatlı ailələrin şagird adı qazanacaqövladlarına məktəbli dəstinin hədiyyə edilməsi ilə bağlı"Birincilər" layihəsini həyata keçirib. Sosiyal Xidmət Agentliyinindəstəyi ilə Bakı, Abşeron-Xızı, Dağlıq -Şirvan, Şirvan-Salyan,Mərkəzi-Aran, Qarabağ, Gəncə-Daşkəsən, Şəki-Zaqatala,Lənkəran-Astara, Mil-Muğan, Quba-Xaçmaz, Qazax-Tovuz, rayonunda,eləcə də Naxçıvan MR-da baş tutmuş xeyriyyə tədbirləri çərçivəsində11600-dan çox uşağa məktəbli forması dəsti və dərs ləvazimatları,eləcə də məktəbli çantaları təqdim edilib. Ötən ildən etibarən carilayihə çərçivəsində məktəbli ləvazimatları həmçinin şəhidövladlarına da təqdim edilir.

Bundan əlavə, bu müddət ərzində “Birgə və Sağlam” İB-nintəşəbbüsü ilə, PAŞA Holding-in eləcə də Əmək və Əhalinin SosialMüdafiəsi Nazirliyi, KOBİA, SOCAR, və Trendyol Azərbaycan-ındəstəyi ilə ilk inklüziv kafe fəaliyyətə başlayıb. Sözügedəntəşəbbüsün məqsədi əlilliyi olan gənc şəxslərin işlə təminolunmasını dəstəkləmək və onların cəmiyyətə inteqrasiyasını təşviqetməkdir. Ü.Hacıbəyli küçəsi 57 ünvanında yerləşən “Kashalata”kafesində ümumilikdə 20 gənc çalışır, onlardan 10-u fizikiməhdudiyyətli şəxslərdi.

Qeyd edək ki, PAŞA Holding-in törəmə şirkətləri də öz sosialfəaliyyətinə böyük diqqət ayırır. Belə ki, Kapital Bank korporativsosial məsuliyyət sahəsində daha bir addım ataraq həssas qrupdanolan qızların təhsilinə dəstək göstərmək məqsədi ilə yeni təqaüdproqramına start verib. Proqram bir müddət öncə Kapital Bank vəAzərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrəDövlət Komitəsi arasında imzalanan memorandum çərçivəsində həyatakeçiriləcək.

Ölkənin birinci korporativ bankı, PAŞA Bank isə ADA Universitetivə ADA Universiteti Fondun birgə təşkilatçılığı ilə BeynəlxalqƏlillər Günü Münasibətilə İnternat tipli Məktəblərdə Görüşlərkeçirib. Layihənin ilk təşəbbüsü əlamətdar günə 3 Dekabr-BeynəlxalqƏlillər Gününə təsadüf edib. Bu münasibətlə 1 nömrəli ümumitəyinatlı internat tipli ümumtəhsil məktəbdə və 11 nömrəliİnteqrasiya təlimli internat məktəbdə təhsil alan 100-dək şagirdləgörüş keçirilib. 11 nömrəli məktəbdə təhsil alan 6-11 yaşlışagirdlərin yaradıcı düşüncə tərzini ortaya çıxarmaq, onlarınözlərini daha səlis şəkildə ifadə etmələrinə dəstək olmaq üçünrəssamlar tərəfindən xüsusi təlim, eləcə də psixoloqların iştirakıilə xüsusi sessiyalar təşkil edilib. Onlara pis vərdişlərdən uzaqdurmağın vacibliyindən, özünə və cəmiyyətə fayda vermək üçün özüzərlərində çalışmağın və təhsilə, peşəyə yiyələnməyinəhəmiyyətindən bəhs edilib.

Bu dönəm ərzində PAŞA Sığorta "Məktəbli" könüllü sağlamlıqsığortasının təşviqi məqsədilə 6-15 yaş arası məktəblilər üçünxüsusi rəsm müsabiqəsi həyata keçirib. Müsabiqədə iştirak üçün100-dən artıq məktəbli müraciət edib.Uşaqlar mövzuya uyğun olaraqçəkdikləri rəsm əsərlərini PAŞA Sığorta şirkətinə göndərib,münsiflər heyəti tərəfindən dəyərləndirilən rəsm əsərləri sərgidənümayiş edilmək üçün seçilib. Seçilən rəsm əsərlərinin nümayişedildiyi sərgiyə 30 uşaq valideynləri ilə birlikdə dəvət olunub vəhər birində 3 qalib olmaqla 2 fərqli yaş kateqoriyası üzrə qaliblərmüəyyən edilib. Sərgi zamanı uşaqlar fərqli oyunlar oynayıb,əyləncəli zaman keçirib və sonda onlara müxtəlif hədiyyələr təqdimedilib.

Bundan əlavə, bir müddət öncə PAŞA Həyat Qızıl Aypara Cəmiyyətiilə əməkdaşlıq çərçivəsində "Mərhəmətli Olmağa Tələsin" layihəsinəsponsorluq etdi. Layihə çərçivəsində, soyuq qış aylarında istigeyimlərə ehtiyacı olan uşaqlara müxtəlif isti geyimlər təqdimolunub. Bu təşəbbüs, aztəminatlı uşaqlara dəstək üçün nəzərdətutulub.

Qeyd edək ki, dekabr ayında “BRAVO” marketlər şəbəkəsi sosialqayğıya ehtiyacı olan uşaqların arzularının gerçəkləşdirməkməqsədilə "ASAN Könüllüləri" Təşkilatının dəstəyi ilə "ASAN Məktub"sosial proqramının birgə əməkdaşlığı ilə “Bir qəlbidə sən isit”aksiyasını həyata keçirir. Belə ki, uşaqların arzularını yazdıqları“ASAN Məktub”lar 20 Yanvar və Koroğlu metro stansiyalarıyaxınlığındakı Bravo hipermarketlərdə quraşdırılan "Yeni İl"stendlərində yerləşdirilib. Qeyd edək ki, Bravo Hiperlərəyaxınlaşaraq həmin məktublarla tanış ola və uşaqların arzularınıhəyata keçirməkdə köməklik göstərə bilərsiniz.

Chosen
8
4
az.trend.az

5Sources