EN

Azərbaycan karateçiləri Türkiyədə beynəlxalq turnirdə 4 medal qazanıblar

Azərbaycan karateçiləri Türkiyənin İstanbul şəhərində keçirilən "Bosphorus Cup" beynəlxalq turnirində 4 medal qazanıblar.
 
Moderator.az xəbər verir ki, Azərbaycan Karate Federasiyasının (AKF) Bakı, Naxçıvan və Gəncə üzrə nümayəndəlik və klublarından ümumilikdə ölkəmizi bu yarışda 23 karateçi təmsil edib.
 
Yarışın nəticələrinə əsasən Zəhra Məmmədzadə kata növündə (8-9 yaş) qızıl medal qazanıb. Kumite növlərində Aqdəş Cəfərli (10-11 yaş) və Əliəşrəf Qafarov (14-15 yaş) gümüş, Sona Nəcəfbəyli isə (8-9 yaş) bürünc medala sahib çıxıb.
 
Qeyd edək ki, karateçilərimiz beynəlxalq turnirdə AKF-nin parakarate komitəsinin sədri və baş məşqçisi Rənad Əliyevin rəhbərliyi altında iştirak ediblər. Hər il ənənəvi olaraq keçirilən yarışda 28 ölkədən 4300 idmançı qüvvəsini sınayıb.
Chosen
25
6
moderator.az

8Sources