Olaylar.az xəbər verir ki, bu fikrini o, 2024-cü ilin Paralimpiya qaliblərinə dövlət mükafatlarının təqdim edilməsi mərasimində Kreml sarayında bildirib.
"Keçirilən Paralimpiadada qeyri-səmimi, açıq desək, siyasiləşmiş qadağalar səbəbindən idmançılarımız öz bacarıqlarını tam şəkildə nümayiş etdirə bilmədilər. Onlar yalnız medal proqramının dörddə bir hissəsində iştirak edə bildilər," - deyə Putin vurğulayıb.
Prezident əlavə edib ki, bütün maneələrə baxmayaraq, Rusiya paralimpiyaçıları yenidən öz liderlik mövqelərini sübut ediblər. Onlar siyasi müdaxilələr və qadağalara rəğmən, möhtəşəm nəticələr göstəriblər.
Putin həmçinin bildirib ki, idmanda siyasətin iştirakını artırmaq beynəlxalq səviyyədə idman ruhuna və ədalət prinsipinə zərbə vurur.