EN

"7 saatlıq görüşlə iki ölkəni barışdırdıq"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Efiopiya və Somali arasında vastiəçilik səyləri ilə bağlı açıqlama verib.

Olaylar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dövlət başçısı bu barədə Ərzurumda çıxışı zamanı deyib.

"Əlimizdən gələni etdik, onlar da, sağ olsunlar, bizi məyus etmədilər. 7 saat davam edən görüşdən sonra məsələ həll olundu. 2025-ci ilin əvvəllərində hər iki ölkəyə səfər edəcəyəm", - deyə o bildirib.

Qeyd edək ki, Türkiyənin vasitəçilik səyləri sayəsində Somali və Efiopiya liderləri aralarındakı münaqişənin həlli üçün razılığa gəliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
24
2
olaylar.az

10Sources