"Qarabağ"ın heyətində Premyer Liqada 100-cü oyununa çıxan Elvin Cəfərquliyevə hədiyyə verilib.
Missiya.Az Report-a istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçiyə Misli Premyer Liqasının XVII turunda qarşılaşdıqları "Sumqayıt" görüşü öncəsi xatirə forması və diplom təqdim edilib.
Qeyd edək ki, E.Cəfərquliyev "Qarabağ"ın heyətində 100-cü matçını ötən tur "Sabah"a qarşı keçirib.