EN

Aİ Gürcüstanın diplomatik pasportları üçün vizasız gediş-gəlişi dayandırmağa başlayır - YENİLƏNİB

Aİ Xarici Əlaqələr Şurasının sədri olan Kaya Kallasbu gün ittifaqın xarici işlər nazirlərinin iclasında diplomatik və xidməti pasportlara malik Gürcüstan vətəndaşları üçün vizasız rejimin dayandırılması ilə bağlı razılığa gəlindiyini təsdiqləyib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Kaya Kallas iclasdan sonra mətbuata açıqlamasında bildirib.

O, iclasda sanksiyalarla bağlı intensiv müzakirə aparıldığını, lakin bütün üzv ölkələrin bunu dəstəkləmədiyini deyib.

"Biz əlavə addımlara hazırıq, lakin sanksiyalar üçün 27 üzv ölkənin hamısının razılığı olmalıdır, təəssüf ki, hazırda bu yoxdur. Düşünürəm ki, vizasız rejimin dayandırılması ilk addımdır", - deyə o bildirib.

***

18:14

Avropa İttifaqı Gürcüstanın diplomatik pasportları üçün vizasız gediş-gəlişi dayandırmağa başlayır.

APA-nın Tbilisi müxbiri “Radiotavisupleba”ya (Azadlıq radiosunun Gürcüstan xidməti) istinadən xəbər verir ki, Aİ-nin Xarici İşlər Şurasının bu gün keçirilən iclasında Gürcüstanın diplomatik pasportları üçün vizasız səyahət rejiminin dayandırılması prosedurunun başlanılması səs çoxluğu ilə dəstəklənib.

Şura Avropa Komissiyasına məsələ ilə bağlı rəsmi sənəd təqdim etməyi tapşırıb. “Azadlıq radiosu"nun məlumatına görə, Avropa Komissiyası artıq bu məsələ ilə bağlı işə başlayıb və yaxın bir neçə gün ərzində rəsmi sənədi təqdim edəcək.

“Politico”nun məlumatına görə, müvafiq qərara Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, eyni zamanda Aİ-nin Xarici Əlaqələr Şurasının sədri olan Kaya Kallas lobbiçilik edib. Lakin Macarıstan və Slovakiya qərara qarşıdır. Gürcüstanla bağlı müzakirələr başa çatdırılsa da, Brüsseldə Avropa İttifaqının xarici işlər nazirlərinin görüşü davam edir. Şuranın iclası bitdikdən sonra mətbuat konfransı keçiriləcək.

Chosen
17
2
apa.az

10Sources