EN

Bəşər Əsəd Suriyadan necə qaçdığı barədə ilk dəfə danışdı

Suriya prezidenti vəzifəsindən istefa verən Bəşər Əsəd bildirib ki, vətəndaş müharibəsi və ondan sonrakı hadisələr zamanı istefa və sığınacaq istəmə ehtimalını heç vaxt düşünməyib.

O iddia edib ki, dekabrın 8-i səhər tezdən – silahlı dəstələr paytaxta yaxınlaşanda – Dəməşqdə qalıb və yalnız həmin günün axşam saatlarında Suriyanı tərk edib. Bu, onun Ərəb Respublikasında hakimiyyət dəyişikliyindən sonra ilk açıq bəyanatıdır.

Bəşər Əsədin mətbuat xidmətinin Teleqram kanalında yaydığı bəyanatda deyilir ki, yaraqlılar Dəməşqə sızdıqdan sonra o, Suriyanın Latakiya əyalətinə (Rusiyanın Xmeymim aviabazası orada yerləşir) istiqamət alıb. Onun paytaxtdan gedişi “Rusiya müttəfiqləri ilə razılaşdırılaraq və döyüş əməliyyatlarının sonrakı monitorinqi məqsədi ilə” həyata keçirilib.

Axşam saatlarında Əsəd Rusiyaya uçub. Bəşər Əsədin sözlərinə görə, o, Dəməşqi tərk etdikdən sonra şəhərin ələ keçirilməsindən xəbər tutub. O, “terrorçular” tərəfindən ələ keçirilən ölkədə prezident olaraq qalmağı mənasız hesab edib. Bəşər Əsədin dediyinə görə, onun gedişindən əvvəl “son hərbi mövqelərin dağıdılması və bunun nəticəsində bütün dövlət qurumlarının iflic olması” baş verib. “Mənim Suriyanı tərk etməyim planlaşdırılmamışdı və bəzilərinin iddia etdiyi kimi, döyüşlər gedən son saatlarda baş verməmişdi”, – deyə o vurğulayıb.

Xatırladaq ki, Bəşər Əsəd 2000-ci ildən, ailəsi isə 1971-ci ildən ölkəyə rəhbərlik edir.

//Samir Qurbanov, Editor.az

Chosen
3
1
editor.az

2Sources