Avropa İttifaqı 2025-ci ilin yanvarından Ukraynaya ayda 1,5 milyard avro yardım edəcək. “Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Kaja Kallas açıqlayıb. O, bu barədə 27 icma ölkəsinin xarici işlər nazirlərinin ilk görüşündən sonra keçirilən mətbuat konfransında bildirib. Kallasın sözlərinə görə, Aİ ayın sonuna kimi 75 min Ukrayna əsgərinə təlim keçməyi planlaşdırır.