EN

Yarım milyon manat dələduzluqda ittiham olunan bağça direktoru ev dustaqlığına buraxıldı

"Moon Kids" Uşaq Bağçasının külli miqdarda dələduzluqda ittiham olunan direktoru Havvaxanım Rüstəmova ev dustaqlığına buraxılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi bir müddət əvvəl belə qərar qəbul edib.

 
Hazırda direktorun cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.
 
Onun əməlindən 132 nəfər və Dövlət Sosial Müdafiə Fondu zərər çəkib.
 
Əldə etdiyimiz məlumata görə, Havvaxanım Rüstəmovanın işi üzrə ümumi ziyan 500 min manata yaxındır. Amma onun yaxınları həmin ziyanın çoxunu ödəyiblər. Məhz bu səbəbdən direktor azadlığa buraxılıb. Hazırda cəmi 43 min manat ödənilməmiş ziyan qalıb.
 
Buna baxmayaraq, zərərçəkmiş şəxslərin bəziləri narazıdırlar. Onlar mülki iddia qaldıracaqlarını deyirlər.
 
Qeyd edək ki, H.Rüstəmova Nizami Rayon Prokurorluğu tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Barəsində həbs qətimkan tədbiri seçilmişdi.
Chosen
25
23
yenilik.az

10Sources