EN

İranda enerji çatışmazlığı: 12 vilayətdə həyat dayandı

İranda havaların soyuq keçməsi səbəbi ilə enerji çatışmazlığına görə, sabah (17 dekabr) 12 vilayətdə dövlət idarələri, universitet və orta məktəblərin fəaliyyəti dayandırılıb.

Publika.az xəbər verir ki, indiyə qədər İranın Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Qəzvin, İsfahan, Şimali Xorasan, Mazandaran, Gülüstan, Kirmanşah, Kürdüstan, Rəzəvi Xorasan və Simnan vilayətində fəaliyyətlərin dayandırıldığı elan olunub.

Qeyd edilib ki, İranın Milli Qaz Şirkətinin bildirdiyinə görə, ötən gün ölkənin qaz şəbəkəsinə 857 milyon kubmetr qaz vurulub. Onun 641 milyon kubmetri mənzil, ticarət-iaşə obyektləri və kiçik sənaye müəssisələrində istehlak olunub. Bu isə ölkədə cari ildə qaz istehlakında ən böyük rəqəm hesab olunur.

Qeyd edək ki, İran təxminən 34 trilyon kubmetr qaz ehtiyatı ilə dünyada qaz ehtiyatına sahib 2-ci ölkə hesab olunur. İranda hazırda 22 qaz yatağı aktivdir. İranın ildə 275 milyard kubmetr qaz istehsal etdiyi bildirilir.

Chosen
47
50
publika.az

10Sources