Yapon alimləri plastiklərin təkrar emalı probleminin həlli üçün öz üsullarını təklif ediblər...
Poliqon xarici mətbuata istinadən xəbər verir ki, RIKEN mərkəzində onlar yeni növ plastik SP2 təqdim ediblər. Material yüksək elastikə davamlıdır və ən əsası, bir neçə saat ərzində duzlu suda həll oluna bilər.
İnnovativ materialın yaradılması üçün əsas duz körpüləri ilə bağlanan natrium heksametafosfat və guanidinium ionlarının monomerləri idi. Dəniz suyunda körpülər dağılır, nəticədə plastik ətraf mühitə zərər vermədən tez parçalanır.
Təcrübələr aydın şəkildə göstərdi ki, SP2 müxtəlif məqsədlər üçün istifadə edilə bilər və material uyğunlaşdırıla bilər. Sulfatın növünü dəyişdirərək, ona fərqli elastiklik və sərtlik vermək olar.
Suda parçalanaraq, iz qoymadan yoxa çıxmır. Plastik komponentlər məhluldan çıxarıla və yenidən istifadə edilə bilər. Tədqiqatçılar texnologiyanın hələ də təkmilləşdirməyə ehtiyacı olduğunu etiraf ediblər.
Poliqon.info