EN

Kurskda ukraynalıların vəziyyəti hər gün pisləşir - "The Economist"

Kursk vilayətində Ukrayna Silahlı (VSU) Qüvvələrinin vəziyyəti hər gün pisləşir.  Bu barədə “The Economist” yazıb. Müəllif qeyd edir ki, Ukrayna ordusunun Rusiya regionuna soxulması ilə bağlı avantüra iflasa uğrayıb.

Ukrayna komandanlığı gileylənir ki, hava şəraitinin pisləşməsi də vəziyyətə təsir edir.

"Yağış, palçıq, qar, soyuq, üzə çıxan böcəklər, qurdlar, siçovullar və ağıllı-planlaşdırılan bombalar...  Kurskda ölüm sizə həmişə yaxındır"-  Nəşr Ukrayna Silahlı Qüvvələrinin 95-ci Hava Desant Hücum Briqadasının zabiti Ruslan Mokritskidən sitat gətirib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural
Chosen
20
news365.az

1Sources