EN

Ynet: HƏMAS və İsrail ilk növbədə azad ediləcək girovların sayını müzakirə edir » AzadMedia.az



İsrail nümayəndə heyəti Qəzza zolağında HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsinə dair razılaşmanı müzakirə etmək üçün bazar ertəsi axşam Qətərə gedib.

Bu barədə Ynet xəbər portalı yüksək rütbəli İsrail rəsmisinə istinadən məlumat yayıb.

Mənbə Ynetə bildirib ki, dekabrın sonuna qədər razılığa gəlmək üçün səylər davam edir.

"Təfərrüatların çoxu razılaşdırılıb. Lakin əsas mübahisə ilk mərhələdə azad edilməli olan girovların sayı ilə bağlıdır. Hazırda danışıqlar "girovların sayı və şəxsiyyəti üzərində cəmləşib", - deyə o bildirib.
Chosen
9
5
azadmedia.az

9Sources