Moskvada yaşayış binasının birinci mərtəbəsində güclü partlayış baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı rəsmi qurumlardakı mənbəyə istinadən TASS yayıb.
Bildirilib ki, ilkin məlumata görə, hadisə nəticəsində 2 nəfər həlak olub.
Rusiyanın “SHOT” teleqram kanalı isə partlayışda həlak olanlardan birinin rusiyalı general və onun müavini olduğunu yazıb. Onun Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının sədri olduğu qeyd olunub.