EN

ABŞ-nin Viskonsin ştatında məktəbdə atışma: 15 yaşlı qız şübhəli kimi müəyyən edilib – ÖZƏL

ABŞ-nin Viskonsin ştatının Medison şəhərindəki xristian məktəbində baş verən atışmanın şübhəlisi 15 yaşlı məktəbli qız olub. 

Olaylar.az xəbər verir ki, bu barədə şəhər polis idarəsinin rəisi Şon F. Barns məlumat verib.

Onun sözlərinə görə, insident nəticəsində 3 nəfər həyatını itirib. Həlak olanlar arasında atəş açan, məktəbin şagirdi olan Natali Rapnou da var. Qız xəstəxanaya aparılarkən yolda ölüb. Hadisə yerində bir müəllim və bir şagird həyatını itirib.

Polisin verdiyi məlumata görə, hadisə zamanı daha 6 şagird və 1 müəllim yaralanıb. Onlardan ikisinin vəziyyəti kritik olaraq qiymətləndirilir.

Şon Barns bildirib ki, hadisə barədə ilk məlumatı məktəbin ikinci sinif şagirdi verib. Cinayətin motivi isə hələ ki, məlum deyil. Şübhəlinin evində axtarışlar aparılıb və ailə üzvləri dindirilib.

Qeyd edək ki, 16 dekabrda Medison şəhərinin polis idarəsi atışma nəticəsində bir neçə nəfərin yaralandığını açıqlamışdı. Hadisə baş verən xristian məktəbində 390-dan çox şagirdin təhsil aldığı bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
22
olaylar.az

1Sources