EN

Rusiyada PARTLAYIŞ: General və köməkçisi öldü - YENİLƏNİB

Moskvada baş verən partlayış nəticəsində Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillov həlak olub. Onun köməkçisi də dünyasını dəyişib.

News365.az xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, partlayış həmin şəxslər evdən çıxarkən baş verib.

    Çox güman ki, partlayıcı qurğu evin yaxınlığında dayanan skuterdə quraşdırılıb.

    Partlayış evin özündə giriş qapısının sökülməsinə, şüşələrin sınmasına səbəb olub.

    Generalın xidməti avtomobilinə də ziyan dəyib.

    ***

    Rusiya paytaxtında partlayış olub.

    News365.az Rusiyanın “Telegram” kanallarına istinadən xəbər verir ki, hadisə Moskvanın Nijni Novqorod rayonunda evlərdən birinin həyətində baş verib.

    İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb. Dünyasını dəyişənlərin Rusiya Silahlı Qüvvələrinin general-leytenantı və onun köməkçisi olduğu deyilir.

      Partlayış partlayıcı qurğunun işə salınmasından sonra baş verib. Partlayıcı qurğunun binanın çıxışına qoyulduğu bildirilir.

      Partlayış nəticəsində yaxınlıqdakı mənzillərin şüşələri sınıb. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları göndərilib.

      Hadisə ilə bağlı hələ ki, rəsmi münasibət bildirilməyib.


      Chosen
      9
      15
      news365.az

      10Sources