EN

"Həqiqi hərbi xidmət müddətinin azaldılması müzakirə mövzusu deyil" - RƏSMİ

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Həqiqi hərbi xidmət müddətinin azaldılması məsələsi müzakirə mövzusu deyil".
"Report" xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb.
"Son günlər "Hərbi vəzifə və hərbi xidmət haqqında" və "Səfərbərlik hazırlığı və səfərbərlik haqqında" qanunlara, habelə "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"yə bir sıra dəyişikliklərin edilməsi məsələsi cəmiyyətdə geniş müzakirə olunur.
Lakin əfsuslar olsun ki, bəzi xəbər saytlarında, sosial şəbəkə səhifələrində tirajlanan xəbərlər, həmçinin ekspertlər tərəfindən bildirilən fikirlər ictimaiyyət arasında çaşqınlıq yaradıb.
Bəli, SHXÇDX qanunun müvafiq müddəalarının təkmilləşdirilməsinə dair təkliflər verib və layihə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinə təqdim edilib. Hazırda komitə üzvləri tərəfindən dəyişikliklər müzakirə olunub və Milli Məclisin plenar iclasına çıxarılıb. Milli Məclis tərəfindən qəbul edildiyi və ölkə başçısı tərəfindən imzalandığı təqdirdə qanunun yeni müddəaları qüvvəyə minəcək.
Ona görə də bir daha bildiririk ki, hələlik qanuna heç bir dəyişiklik edilməyib. Sadəcə, bir qədər səbirli olub, nəticəni gözləmək lazımdır.
Dəyişikliklər bir sıra yenilikləri nəzərdə tutur. Lakin həqiqi hərbi xidmət müddətinin azaldılması məsələsi müzakirə mövzusu deyil. Yəni ali təhsilli çağırışçılar, əvvəllər olduğu kimi, 12 ay, digər hallarda isə 18 ay müddətində həqiqi hərbi xidmətə gedəcəklər", - deyə məlumatda bildirilir.
Chosen
56
32
oxu.az

10Sources