EN

Əsəd rejiminin süqutu narkotik şəbəkəsinin dağılmasına səbəb oldu

Suriyada prezident Bəşər Əsəd rejiminin süqutu Yaxın Şərqin ən gəlirli narkotik şəbəkəsinin iflasına səbəb olub.

"Unikal" xəbər verir ki, bu barədə Amerikanın “The Wall Street Journal” (WSJ) qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Suriyada istehsal olunan metamfetaminə bənzər dərman olan "Captagon" Əsəd rejiminə böyük sərvət toplamağa və ölkəsinə qarşı tətbiq edilən sanksiyaların nəticələrini kompensasiya etməyə kömək edib. Lakin bu, həm də Suriya ilə qonşuları arasında beynəlxalq gərginlik mənbəyinə çevrilib.

Jurnalistlər yazır ki, rəsmi Dəməşqin təkziblərinə baxmayaraq, bütün Suriya Ərəb Respublikasında kiçik laboratoriyalarda narkotiklərin istehsalı çoxdan məlumdur, lakin müxalifətin bu yaxınlarda aşkar etdiyi obyektlərin ölçüsü ümumiyyətlə ticarətin heyrətamiz miqyasını nümayiş etdirir. 

Vaşinqtonda yerləşən "New Lines Institute" (NLI) beyin mərkəzinin "Captagon" ticarəti üzrə eksperti Caroline Rose qeyd edib ki, narkotik istehsalı Əsəd rejiminin sistematik şəkildə "Captagon" istehsalı və ticarəti ilə məşğul olduğunu, oraya böyük məbləğdə sərmayə yatırdığını sübut edir.

NLI illik "Captagon" ticarətinin təxminən 10 milyard dollar olduğunu təxmin edir ki, bu da Avropadakı kokain bazarı ilə demək olar ki, eynidir.

Gülayə Mecid 

Chosen
39
4
unikal.az

5Sources