EN

"Yanvarın 1-dən küçələrdə siqaret çəkmək qadağandır" - İtaliyada

İtaliyanın Milan şəhərində 2025-ci il yanvarın 1-dən açıq havada siqaret çəkmək qadağan ediləcək.

İtaliyanın Milan şəhərində bələdiyyənin qəbul etdiyi qərara əsasən, 1 yanvar 2025-ci il tarixindən etibarən açıq havada siqaret çəkmək qadağanı bütün ictimai yerlərdə tətbiq olunacaq. Əvvəllər müəyyən ərazilərlə məhdudlaşdırılan qadağanın əhatə dairəsi yeni ildən etibarən bütün ictimai açıq yerləri əhatə edəcək şəkildə genişləndiriləcək.

240 avro cərimə

Yeni qaydaya əsasən, siqaret çəkməyə yalnız digər insanlardan ən azı 10 metr məsafənin saxlanıla biləcəyi “təcrid olunmuş” yerlərdə icazə veriləcək. Qadağaları pozanlar 40-240 avro arasında cərimə olunacaqlar.

Əhatə dairəsinin genişləndirilməsi

2021-ci ildən Milanda Hava Keyfiyyəti Direktivi çərçivəsində açıq havada siqaret çəkməyə müxtəlif məhdudiyyətlər tətbiq edilib. Parklarda, uşaq meydançalarında, qəbiristanlıqlarda, stadionlarda və avtobus dayanacaqlarında başqaları ilə 10 metr məsafə saxlanmadığı təqdirdə siqaret çəkmək qadağan edilib. 2025-ci ildə qüvvəyə minən yeni qaydalarla bu qadağa küçələri, restoranlarda və barlarda açıq masaları əhatə edəcək şəkildə genişləndiriləcək.

Chosen
17
kommersant.az

1Sources