EN

PKK ilə bağlı Türkiyə ilə danışıqlar aparırıq - ABŞ

Bakı,TurkicWorld

PKK/YPG-nin varlığı ilə bağlı Türkiyə ilə danışıqlar aparırıq.

TurkicWorld xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik mətbuat brifinqində terror təşkilatı PKK/YPG ilə bağlı sualları cavablandırıb.

Miller Suriyadakı həssas keçid prosesinə toxunaraq ABŞ-ın terror təşkilatı PKK/YPG-yə verdiyi dəstəyin iki ölkə arasında əsas fikir ayrılıqlarından biri olduğu və bu mövzuda prosesin necə irəlilədiyi sualını cavablandırıb.

"Bu məsələ son dərəcə həssas və çətin bir məsələdir və türk həmkarlarımızla üzərində işləməyə davam edirik",- deyə o bildirib.

ABŞ sözçüsü İsrailin Suriyadakı bufer zonasını işğal etməsinin bu addımının “müvəqqəti” olduğunu və yaranan hakimiyyət boşluğunda mümkün terror təhlükəsini aradan qaldırmaq üçün atıldığını iddia edib.

Chosen
17
50
turkic.world

10Sources