EN

"Gömrük gəlirlərinin toplanması istiqamətində yeni mexanizm hazırlanıb"

Dövlət Gömrük Komitəsi (DGK) gəlirlərin toplanması istiqamətində elektron bildiriş sistemi və təminat əsasında malların buraxılış mexanizmini hazırlayıb.

Bunu DGK-nın sədri Şahin Bağırov bu gün Bakıda keçirilən Gömrük-Biznes Forumunda bildirib.

"Gəlirlərin toplanması istiqamətində beynəlxalq standartlara uyğun olaraq metodik vəsait, elektron bildiriş sistemi və təminat əsasında malların buraxılış mexanizmi hazırlanıb", - o vurğulayıb.

Ş. Bağırovun sözlərinə görə, toplama, gömrük rüsumları və vergiləri 2023-cü ilin dövlət bücəsinin 18 %-ni, ÜDM-nin 5,2 %-ni təşkil edib: "Büdcə daxilolmaları üzrə gömrük gəlirlərində 2023-cü ildə 2022-ci illə müqayisədə 12,4 % artım müşahidə olunub".

© "Report" 

Chosen
40
4
marja.az

5Sources