"Mançester Siti"nin azarkeşləri komandanın uğursuz çıxışına dözmür.
Fanat.Az xəbər verir ki, tərəfdarlardan biri İngiltərə Premyer Liqasının 16-cı turunda "Mançester Yunayted"lə oyunda (1:2) dünyasını dəyişib.
Bu barədə "şəhərlilər"in mətbuat xidməti açıqlama yayıb.
Bildirilib ki, oyunun gedişində özünü pis hiss edən şəxsə tibbi müdaxilə edilsə də, onu həyata qaytarmaq mümkün olmayıb: "Mançester Siti" faicəvi hadisədən xəbərdardır ki, bizim azarkeşlərimizdən biri oyun zaman tibbi müdaxilə edilməsinə rəğmən, dünyasını dəyişib. Klubun bütün üzvləri vəfat edən azarkeşimizin ailəsi və dostlarının yanındadır".
Qeyd edək ki, "Mançester Siti" öz meydanında əzəli rəqibi ilə oyunda uzun müddət hesabda öndə olsa da, "Mançester Yunayted" son dəqiqələrdə iki dəfə fərqlənərək, əzmkar qələbə qazanıb.