EN

İran Prezidenti üzr istədi:“ELƏ BİR VƏZİYYƏTDƏYİK Kİ...”

İran Prezidenti Məsud Pezeşkian soyuq havalarda ölkədə insanların evlərdə qaz problemi yaşamalarına görə onlardan üzr istəyib.

 

Bu barədə İSNA məlumat yayıb.

 

“Ölkədəki mövcud vəziyyətə görə xalqdan üzr istəməliyik. Elə bir vəziyyətdəyik ki, bu il bəzi ehtiyat tədbirləri görməliyik. Gələn il bu çətinliklərin qarşısını almağa çalışacağıq. Ya bir yol tapacağıq, ya da bir istiqamət yaradacağıq və ölkəmizin insanlarına problem yaşatmayacağıq”, - deyə Pezeşkian agentliyə açıqlamasında vurğulayıb.

Chosen
16
4
senzor.az

5Sources