EN

Suriyanın yeni hakimiyyət orqanları Azərbaycanla münasibətlərə yenidən baxmağı planlaşdırır

Suriyanın yeni hakimiyyət orqanları Azərbaycanla əlaqələrə böyük önəm verdiklərini bəyan ediblər.

“Turkic World” xəbər verir ki, Suriyanın yeni baş nazirinin ofisindən adının çəkilməsini istəməyən mənbə “Bizim üçün Azərbaycanla əlaqələr önəmlidir və biz onları gücləndirməkdə maraqlıyıq” deyib.

Suriya Azərbaycanla münasibətlərinə olduqca önəm verir və Əsəd zamanı Azərbaycana qarşı edilən haqsızlıqlar suriyalıların Azərbaycan xalqına qarşı mövqeyini əks etdirmir. Bunu “ArabAZ”-a açıqlamsında Suriyanın yeni baz nazirinin ofisindən adının açıqlanmasını istəməyəm mənbə deyib.

O əlavə edib ki, Dəməşq Bakı ilə bütün istiqamətlərdə əlaqələri inkişaf etdirməyə çalışır.

“Təəssüf ki, Suriyanın əvvəlki hakimiyyət orqanları yerli əhalinin maraqlarına zidd hərəkət edərək Azərbaycanla münasibətlərə əhəmiyyət vermədilər. Üstəlik, Əsəd rejimi ölkəni Azərbaycan xalqına qarşı çıxan terror təşkilatlarının təlim bazasına çevirdi. Əsəd diktaturasının bu hərəkətləri heç vaxt sadə suriyalıların mövqeyini əks etdirmirdi. Həmçinin, İslam Əməkdaşlıq Təşkilatına üzv olmasına baxmayaraq, Əsəd rejimi Azərbaycanın ədalətli mübarizəsində rəsmi Bakıya dəstək vermədi,”- mənbə deyib.

Mənbə onu da qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin həllinə dəstək verməyə hazır olması barədə bəyanatı son dərəcə sevindiricidir.

“Prezident İlham Əliyevin bu bəyanatından məmnun olmaya bilmərik. Biz bu addımı yüksək qiymətləndiririk və şübhəsiz ki, daxili sabitlik tam əldə olunan kimi Azərbaycanın bir çox inkişaflarından yararlanmaq niyyətindəyik”, - mənbə vurğulayıb.

Almaz Həsənli

Chosen
21
oxumeni.az

1Sources