EN

HƏMAS və İsrail I mərhələdə azad ediləcək girovların sayını müzakirə edir


“İsrail nümayəndə heyəti HƏMAS qruplaşmasının Qəzza zolağında saxladığı girovların azad edilməsinə dair razılaşmanı müzakirə etmək üçün Qətərə gedib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Ynet” xəbər portalı yüksək rütbəli İsrail rəsmisinə istinadən məlumat yayıb.
Mənbə nəşrə bildirib ki, dekabrın sonuna qədər razılığa gəlmək üçün səylər davam edir:
“Təfərrüatların çoxu razılaşdırılıb, lakin əsas mübahisə birinci mərhələdə azad edilməli olan girovların sayıdır”.
Qeyd edək ki, bundan əvvəl Səudiyyə Ərəbistanının “Al Hadath” telekanalı bildirib ki, HƏMAS və İsrail dekabrın sonuna kimi girovların azad edilməsi ilə bağlı razılığa gələ bilərlər. Adı açıqlanmayan mənbələrə istinadən kanal Qəzza ilə bağlı yekun razılaşma yolunda əhəmiyyətli irəliləyiş olduğunu qeyd edib.
Chosen
5
3
yeniavaz.com

9Sources