EN

ÇİRKLİ HAVA MİLYONLARLA İNSANI ÖLDÜRÜR

YENİ ARAŞDIRMA

Havanın çirklənməsinə uzun müddət məruz qalma milyonlarla insanın ölümünə səbəb olur. Hindistanda araşdırma aparan İsveçrənin Karolinska İnstitutunun alimləri
“The Lancet Planetary Health” nəşrində yayımladıqları məqalədə bu fikri sübut edib.
Hava çirkliliyi ağciyərlərə və qana nüfuz edir və Hindistanda ciddi sağlamlıq riski yaradır. Alimlər on il ərzində çirkli hava və ölüm nisbəti arasındakı əlaqəni araşdırdırıb. Tədqiqat Hindistanın 655 rayonundan alınan məlumatlara əsaslanır.
Karolinska İnstitutunun Ətraf Mühit Təbabəti İnstitutunun tədqiqatçısı Petter Ljungman deyib ki, nəticələr Hindistanda mövcud qaydaların sağlamlığı qorumaq üçün kifayət dolmadığını gösrstərir. Emissiyaları azaltmaq üçün daha sərt qaydalar və tədbirlər böyük əhəmiyyət kəsb edir deyə , Petter Ljungman bildirib.

Chosen
19
medicalmedia.az

1Sources