EN

Bu gün öldürülən general Azərbaycan haqda nələr demişdi?

İqor Kirillov təkcə Ukraynanın deyil, NATO və Vaşinqtonun da hədəfində ola bilərdi.

Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillova qarşı sui-qəsdin bəzi detalları məlum olub.

Musavat.com xəbər verir ki, terror aktının gerçəkləşməsi üçün skuterin seçilməsi planlı şəkildə olub.

Çünki belə elektrik skuterləri indi Moskvanın hər girişində görmək olar. Bomba skuterin çantasına qoyulub və İqor Kirillov köməkçisinin müşayiəti ilə evdən çıxarkən pultdan istifadə edilərək işə salınıb. Aydındır ki, sui-qəsdi planlanlaşdıranlar bir neçə gün generalı izləyiblər. İstintaqçılar bu səbəbdən bir neçə gün ərzində evdən və yaxınlıqdakı girişlərdən video-qeydləri götürüblər.

Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi mütəmadi olaraq Rusiya Müdafiə Nazirliyində brifinqlər keçirərək Ukraynada NATO və Pentaqonun qadağan olunmuş təhlükəli kimyəvi maddələrdən istifadədə suçlayıb.

O, Ukrayna hərbçiləri üzərində qadağan olunmuş sınaqların keçirilməsinə cavabdeh olan amerikalıların və Ukrayna vətəndaşlarının konkret adlarını çəkib, həmçinin təhlükəli virusların qəsdən yayılmasını və Ukrayna Silahlı Qüvvələrinin kimyəvi zəhərli silahlardan istifadə etdiyini göstərən sənədləri dərc edib. Bu ilin yanvarında general deyib ki, yüksək rütbəli Amerika məmurları ictimai rəyi manipulyasiya edərək COVID-19 pandemiyasının səbəblərinin araşdırılmasına qəsdən mane olublar.

İqor Kirillov Rusiya Müdafiə Nazirliyinin brifinqindəki son çıxışında Kiyevin radioaktiv materiallar əsasında “çirkli bomba” hazırlamaq üçün çoxsaylı cəhdlərini göstərən sənədləri açıqlayıb.

O da məlum olub ki, Ukrayna Təhlükəsizlik Xidməti dünən İqor Kirillova qiyabi olaraq hərbi cinayətlərdə ittiham irəli sürüb. İstintaqın məlumatına görə, Kirillov şəxsən Ukraynanın Müdafiə Qüvvələrinə qarşı kimyəvi silahın tətbiqi əmrini verib.

“Sözügedən vəzifəli şəxs işğalçı qüvvələrin Ukraynanın şərq və cənub cəbhələrində qadağan edilmiş kimyəvi silahların kütləvi istifadəsinə görə məsuliyyət daşıyır. Kirillovun əmri ilə müharibənin başlanğıcından bəri düşmənin kimyəvi sursatlardan 4,8 mindən çox istifadə halları qeydə alınıb”, - deyə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

İqor Kirillov dəfələrlə Ukraynadakı Amerika bioloji laboratoriyaları, həmçinin Kiyevin radioaktiv materiallardan istifadə etməklə “çirkli” bomba hazırlamaqda ittiham edib.

Yeri gəlmişkən, öldürülən general vaxtilə Azərbaycan ərazisində ABŞ bioloji silah laboratoriyalarının olduğunu iddia edib. İqor Kirillov belə çıxışlarının birində iddia etmişdi ki, Pentaqon tərəfindən 2014-2022-ci illərdə postsovet respublikalarında (Ukrayna, Gürcüstan, Moldova, Azərbaycan) 500-dən çox elmi-tədqiqat layihəsi həyata keçirilib.

2018-ci ildə isə yenə Kirilovun şəxsində rusiyalı hərbi dairələr Azərbaycanda 8 bioloji silah laboratoriyanın olduğunu qeyd ediblər. Amma o zaman siyahıda Azərbaycanla yanaşı Moldova, Gürcüstan, Qazaxıstan kimi ölkələrdə də var idi. 

Ümumiyyətlə, Rusiya tərəfi Azərbaycanda ABŞ laboratoriyaları olduğu iddiasını ortaya atmış, Azərbaycanı öz ərazisində ABŞ laboratoriyaları saxlamaqda günahlandırmışdı. “Rossiya-24” telekanalında verilən jurnalist Arkadi Mamontovun müəllifi olduğu “Andromeda ştammı” sənədli filmində keçmiş SSRİ-nin bir çox respublikalarında ABŞ Müdafiə Nazirliyinin maliyyə vəsaiti ilə tikilmiş mikrobioloji laboratoriyalarının olduğu iddia edilirdi. Siyahıda Azərbaycan da vardı.

Musavat.com

Chosen
36
43
hurriyyet.az

10Sources