EN

Dövlət büdcəsinin profisiti 6 dəfədən çox artıb

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 14.9% artaraq 34 milyard 56.2 milyon manat təşkil edib.

Modern.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin 11 ayında büdcənin xərcləri isə 6.5% artaraq 31 milyard 38.1 milyon manata yüksəlib.

Bu ilin 11 ayında dövlət büdcəsinin profisiti 3 milyard 18.1 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 6.2 dəfə çoxdur. 2023-cü ilin eyni dövründə bu rəqəm 486.8 milyon manat təşkil edib.

Chosen
2
7
modern.az

9Sources