EN

“Qalib ölkənin qalibləri - 2024” layihəsinin mükafatlandırma mərasimi keçirilib

Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Qalib ölkənin qalibləri - 2024” layihəsi çərçivəsində istedadlı uşaqların mükafatlandırma mərasimi keçirilib.

TƏHSİL.BİZ xəbər verir ki, elm, mədəniyyət, idman qurumların rəsmi nümayəndələrinin də dəvət aldığı tədbirin açılışında dövlət himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və vətən müharibəsində həlak olmuş şəhidlərin xatirəsi yad edilib.

Daha sonra istedadlı uşaqlarla bağlı video-çarx təqdim olunub.

İstedadlı uşaqların mükafatlandırma mərasimində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, elm və təhsil nazirliyin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, mədəniyyət nazirliyinin müşaviri Cəsarət Valehov çıxış ediblər.

Bahar Muradova "Qalib ölkənin qalibləri" layihəsinin üçüncü dəfə keçirildiyini və artıq bunun ənənəvi xarakter aldığını bildirib. Əlavə edib ki, hər bir ilin yekununda Azərbaycanda uğurları ilə fərqlənən uşaq və gəncləri layihə çərçivəsində ictimaiyyətə təqdim etmək lazımdır.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov istedadlı uşaqların hər bir ölkənin gələcəyinin təminatçısı olduğunu və gənclərin istedadının üzə çıxarılması üçün hər bir şərait yaradıldığını diqqətə çatdırıb.

Daha sonra müxtəlif sahələrdə uğur qazanmış uşaqların adından çıxışlar səslənib.

Tədbirin sonunda elm, təhsil, mədəniyyət və idman sahələrində il ərzində Azərbaycanı beynəlxalq olimpiada və yarışlarda təmsil edərək qalib gəlmiş, eləcə də uşaq iştirakçılığı sahəsində fəallığı ilə seçilənlər diplom və hədiyyələrlə mükafatlandırılıb.

1/11

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/17%20December%202024/03afd2db-eb6c-4802-9f8e-cded5451d0bc_WhatsApp%20Image%202024-12-17%20at%2016.08.07%20(1).jpeghttps://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/17%20December%202024/b30912fa-1395-4d33-84b7-e4bc973e4bc1_WhatsApp%20Image%202024-12-17%20at%2016.08.07.jpeghttps://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/17%20December%202024/6da71fb7-6600-4497-a884-7c0dfae61a04_WhatsApp%20Image%202024-12-17%20at%2016.08.13%20(1).jpeghttps://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/17%20December%202024/cdb9b5f4-4022-48ba-aa69-b549fae33a12_WhatsApp%20Image%202024-12-17%20at%2016.08.08.jpeghttps://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/17%20December%202024/4a57fb87-9053-4ae6-98b2-43ca8fd1efed_WhatsApp%20Image%202024-12-17%20at%2016.08.08%20(2).jpeghttps://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/17%20December%202024/4a9c3b96-42e2-4118-b58b-19393b6e05c4_WhatsApp%20Image%202024-12-17%20at%2016.08.09.jpeghttps://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/17%20December%202024/9e9d27e3-2d81-4066-bd94-93f40c4f727c_WhatsApp%20Image%202024-12-17%20at%2016.08.09%20(1).jpeghttps://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/17%20December%202024/fc457f21-3852-4c45-b367-35421a8af454_WhatsApp%20Image%202024-12-17%20at%2016.08.10.jpeghttps://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/17%20December%202024/61a779b0-b285-4f1c-9af4-7ce460ba1921_WhatsApp%20Image%202024-12-17%20at%2016.08.10%20(1).jpeghttps://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/17%20December%202024/91f374ff-10b8-415c-97b2-52b824000660_WhatsApp%20Image%202024-12-17%20at%2016.08.11.jpeghttps://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/17%20December%202024/3f9f5c7a-ebb1-4736-8d21-6ec55281dff1_WhatsApp%20Image%202024-12-17%20at%2016.08.12.jpeg

 

 

 

 

Chosen
47
1
tehsil.biz

10Sources