EN

ABŞ elə bir dron yaradır ki... - İnqilabi sıçrayış

ABŞ-ın "SkyDefense" şirkəti hərbi strategiyada inqilabi rol oynayacaq "CobraJet" adlı yeni dron istehsal edəcək.

Hurriyyet.az xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.

Məlumata görə, dron gələn ilin ikinci rübündə satışa çıxmalıdır.

Qeyd olunur ki, sözügedən dron hərbi sahədə inqilabi sıçrayış yaradacaq. Belə ki, bu cihaz pilotsuz təyyarələr, İHA və yer robotları üçün universal bir ovçu rolunu oynayır.

"CobraJet" - F-35 kimi 5-ci nəsil qırıcının miniatür versiyasına bənzəyir. Qurğunun uzunluğu 1,8 m, qanadları 1,5 m, sürəti 320 km/saatdır. O, reaktiv mühərrik simulyatoru ilə təchiz olunub.

Yeni məhsul süni intellekt tərəfindən idarə olunur ki, bu da ona hədəfləri müstəqil tapmağa və onlara hücum etməyə imkan verəcək. O, elektron müharibə sistemlərinin təsirindən qorunur, infraqırmızı diapazon da daxil olmaqla, aşağı görünmə qabiliyyətinə və çətin şəraitdə uçuşlar üçün xüsusi sensorlara malikdir.

Ehtimal olunur ki, bir neçə "CobraJet" öz hərəkətlərini əlaqələndirə və eskadrilyaların tərkibində işləyə biləcək.

"CobraJet"in əsas silahı 30 mm-lik kinetik təsir qurğusu olan VIPER yüksək sürətli raketləridir. Yaxın döyüş üçün PYTHON elektrik şoku verilir.

Axar.az

Chosen
6
1
hurriyyet.az

2Sources