EN

56 metr hündürlüyündə yolka aşdı - 1 ölü, 2 yaralı

Rio-de-Janeyro yaxınlığında bəzədilməkdə olan 56 metr hündürlüyündəki nəhəng yolka güclü fırtına nəticəsində aşıb.

Publika.az xəbər verir ki, hadisə nəticəsində bir işçi ölüb, iki nəfər yaralanıb.

İşçilər nəhəng yolkanın altında qalmamaq üçün suya atılaraq xilas olmağa çalışıblar. Xəstəxanaya çatdırılan yaralıların həyati təhlükəsinin olmadığı bildirilib.

Yolkanın aşması səbəbindən sabah keçirilməsi planlaşdırılan açılış mərasimi təxirə salınıb.

Chosen
11
1
publika.az

2Sources