Şamaxı "Şirvan" güləş klubunda Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Şamaxı rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə " 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü"nə həsr olunmuş sərbəst güləş idman növü üzrə 2008-2009 və 2010- 2011-ci il təvəllüdlü yeniyetmələr arasında acıq rayon turniri keçirildi.
Rekord.az xəbər verir ki, turnirin keçirilməsində məqsəd "31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü"nün qeyd olunması,yeniyetmələrin sərbəst güləşə marağının artırılması və perspektivli güləşçiləri müəyyən etmək.
Turnirdə ümumilikdə 120 nəfər güləşçi qələbə qazanmaq uğrunda mübarizə aparırdı.Gərgin keçən idman mübarizəsindən sonra qaliblər müəyyən oldu.Qaliblər Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin müvafiq diplomları ilə təltif olundular.