EN

“Millətlərin azadlığı uğrunda” hərəkat neokolonializmlə mübarizəni müzakirə edib

Milli Məclisin deputatı Nizami Səfərov “Neokolonializmin müasir təzahürləri ilə mübarizə tərəfdarları” Forumunun Daimi Komitəsinin üzvü qismində qurumun nəzdində yaradılmış “Millətlərin azadlığı uğrunda” hərəkatın Ekspertlər Şurasının ilk iclasında onlayn formatda iştirak edib.

Teleqraf.com xəbər verir ki, bu gün keçirilən iclasda geniş beynəlmiləl tərkibdə dekolonizasiya prosesinin müxtəlif aspektləri, suveren dövlətlərə qarşı yeni neokolonial təzyiq vasitələrinin və hibrid təhdidlərin qarşısının alınması, neokolonializmlə mübarizədə beynəlxalq hüququn preventiv potensialından istifadə edilməsi, kolonial əsarətdən əziyyət çəkən və öz müqəddəratını hələ də təyin edə bilməyən ərazilərin suveren dövlət statusu əldə etməsi məsələləri müzakirə olunub.

Deputat Nizami Səfərov çıxışında dekolonizasiya prosesinin hüquqi aspektləri, kolonial dövrü yaşamış xalqlara reparasiyaların verilməsi, tarixi hadisələrin saxtalaşdırılmasına qarşı mübarizənin gücləndirilməsi, Azərbaycanın kolonial asılılıqda olan xalqlara ciddi dəstəyi barədə məlumat verib.


Müəllif: Teleqraf.com
Chosen
29
7
teleqraf.com

10Sources