EN

"Bavariya"nın Noyer qərarı

"Bavariya" qapıçısı Manuel Noyerlə yeni müqavilə imzalamağa hazırlaşır.

“İki sahil” xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb. Tərəflər sözləşmənin şərtləri ilə bağlı razılığa gəliblər.

38 yaşlı qolkiperlə sözləşməni 2026-cı ilin yayınadək uzadacaq. Artıq müqavilə imzalanmağa hazırdır.

Xəbərdə bu da qeyd olunub ki, Noyer karyerasını davam etdirməkdə qərarlıdır və yüksək motivasiyaya malikdir.

Əlavə edək ki, Noyer bu mövsüm Bundesliqada 11 oyun keçirib. O, Almaniya kubokunun 1/8 finalında "Bayer"lə matçda (0:1) karyerasının ilk qırmızı vərəqəsini alıb. Qolkiperin sözügedən görüşdə qabırğası da sınıb. O, ən az 2025-ci ilin fevral ayınadək yaşıl meydanlardan uzaqda qalacaq.

Chosen
6
1
ikisahil.az

2Sources