EN

SAVADSIZ “4-cü HAKİMİYYƏT” KİMƏ LAZIMDIR? – Medianın savadlı olması niyə vacibdir?

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 67,4 milyard manat təşkil edib.

“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi 2023- cü ilin yanvar-noyabr aylarına nisbətən müqayisəli qiymətlərlə 4,8% artıb. Onun 80 faizini pərakəndə ticarət dövriyyəsi, 16,9 faizini əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,1 faizini isə ictimai iaşə dövriyyəsi təşkil edib.

Qeyd edək ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 4,7 faiz artaraq 64,7 milyard manata bərabər olmuş, onun 46,7 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Chosen
30
azpolitika.info

1Sources