EN

Rusiya ilə HTŞ arasında gizli görüş ifşa olundu - Rus ordusu Suriyada qalacaq?

Suriyada Bəşər Əsəd rejimini devirən müxalifətə rəhbərlik edən Rusiya ilə HTŞ arasında gizli danışıqlar aparıldığı iddia edilib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Moskva rəhbərliyinin Tartus limanına və Hmeymim hava bazasına çıxışın davam etdirilməsi müqabilində Suriyaya humanitar dəstək vəd etdiyi öyrənilib. 

Əsəd rejiminin devrilməsindən sonra Rusiyanın Suriyadan mərhələli şəkildə geri çəkildiyi iddia edilsə də,  Moskva ilə HTŞ arasında danışıqların artıq başladığı iddia edilir.

HTŞdən olan mənbə iddia edib ki, yeni administrasiya Rusiyaya bazalarının bir qismini və ya hamısını saxlamağa icazə verəcək. Həmçinin çox güman ki, Tartus limanında icarə müqaviləsi davam edəcək.

Bu o deməkdir ki, Rusiya Aralıq dənizindəki yeganə dərin suda yerləşən hərbi dəniz obyektinə çıxışı saxlayır.

HTŞ həmçinin Əsədin ekstradisiyasının çətin olduğunu etiraf edir (hələ rəsmi sorğu verilməyib). Qəzetə açıqlama verən mənbə "Qırmızı xətlər yoxdur" deyərək, danışıqların ideologiyaya deyil, maraqlara əsaslandığını vurğulayıb.

Rusiya Tartus limanına və Hmeymim hava bazasına çıxışın davam etdirilməsi müqabilində Suriyaya humanitar dəstək vəd edib, lakin yeni administrasiya bunun kifayət etməyəcəyini bildirib. Çünki Rusiya ilə diplomatik və iqtisadi əlaqələr qurmaq istəyirlər.

Nərmin
Milli.Az

Chosen
46
3
milli.az

4Sources