EN

Türkiyədən Qazaxıstana polad ixracı 18,6 faiz azalıb

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyədən Qazaxıstana polad ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 18,6 faiz azalaraq 27,8 milyon dollara düşüb.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, 2024-cü ilin noyabr ayında Türkiyə Qazaxıstana 3,6 milyon dollar dəyərində polad ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,8 faiz azdır.

Bununla yanaşı, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin qlobal polad ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,9 faiz artaraq 14,7 milyard dollara çatıb.

Nazirlik bildirib ki, cari ilin noyabr ayında Türkiyənin ümumi polad ixracı 1,2 milyard dollar təşkil edib və bu, 2023-cü ilin oktyabr ayı ilə müqayisədə 8,5 faiz çoxdur.

Qeyd edək ki, 2023-cü ilin noyabrından 2024-cü ilin noyabrına qədərki 12 aylıq dövrdə Türkiyənin polad ixracı 16 milyard dollar həcmində olub.

Fuad Mədətov
Fins.az

Chosen
4
50
fins.az

10Sources