EN

“İsrail və Fələstin arasında atəşkəs razılaşmasına dair üç mərhələli plan mövcuddur”

“İsrail və Fələstin arasında atəşkəs razılaşmasına dair üç mərhələli plan mövcuddur”.

Yenicag.az xəbər verir ki, bunu yüksək rütbəli Fələstin rəsmisi İsrail ilə hazırki vəziyyəti qiymətləndirərkən deyib.

Onun sözlərinə görə, aylarla davam edən çıxılmaz vəziyyətdən sonra İsrail və HƏMAS-ın Qəzzada atəşkəs və girovların azad edilməsi razılaşmasına dair yeni mesajlar var.

“Danışıqlar yekun mərhələdədir. Girov saxlanılan mülki vətəndaşların və qadın əsgərlərin ilk 45 gündə azad edilməsi, İsrail qüvvələrinin şəhər mərkəzlərini, sahil yolunu və Misirlə sərhəddəki strateji torpaq zolağından çıxarılmasını nəzərdə tutan üç mərhələli plan mövcuddur. Bu, köçkün qəzzalıların ərazinin şimalına qayıda bilməsi üçün mühüm mexanizm olacaq. İkinci mərhələdə isə qalan girovlar azad ediləcək. Son olaraq üçüncü mərhələdə müharibə bitməzdən əvvəl qoşunlar geri çəkiləcək. Qəzzada saxlanılan 96 girovdan 62-nin hələ də sağ olduğu güman edilir”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

Chosen
15
yenicag.az

1Sources