EN

Zurabişvili yenə Fransaya gedir

Gürcüstan prezidenti Salome Zurabişvili sabah Strasburqda Avropa Parlamentində çıxış edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, dövlət başçısı son illər “Gürcü Arzusu” partiyasını sərt tənqid edib.

“2018-ci ildən prezident vəzifəsini tutan xanım Zurabişvili bəyan edib ki, Gürcüstanda keçirilmiş və “Gürcü Arzusu”nun qələbəsini elan etdiyi parlament seçkiləri saxtalaşdırılıb. 2024-cü ilin noyabrın 28-də Avropa Parlamentinin deputatları seçkilərin nəticələrini tanımayıblar və seçkilərin il ərzində təkrar keçirilməsini tələb ediblər”, - məlumatda deyilir.

Xatırladaq ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze bu gün keçirdiyi mətbuat konfransında deyib ki, S.Zurabişvilinin Avropa Parlamentində gözlənilən çıxışı ölkədə baş verənlərə heç bir təsir etməyəcək.


Müəllif: Teleqraf.com
Chosen
13
teleqraf.com

1Sources