EN

Sibel Can mərhum dostunun ailəsinə böyük jestETDİ

Məşhur müğənni Sibel Can, keçən ay uzun illər menecerliyini etmiş yaxın dostu Cengizhan Sabuncunun ağciyər xərçəngindən vəfat etməsindən sonra böyük bir vefa nümunəsi göstərib.

Redaktor.az xəbər verir ki, 30 illik dostunun vəfatından dərin kədər yaşayan Sibel Can, Sabuncunun ailəsinə maddi dəstək verərək alqış toplayıb.

Menecerinin ailəsi, müğənniyə müraciət edərək: "Ödəmələr üçün verdiyiniz vəsaitdən bütün borcları bağladıq, 8 milyon TL qalıq qaldı, onu sizə geri qaytarmaq istəyirik", - deyiblər.

Lakin Sibel Can bu pulu qəbul etməyərək "Bu vəsait ailənizdəki uşaqların təhsilinə xərclənsin" sözləri ilə dostuna olan sadiqliyini bir daha nümayiş etdirib. Ailənin israrına baxmayaraq pulu geri götürməyən müğənninin bu davranışı cəmiyyətdə böyük rəğbətlə qarşılanıb.

Seymur BƏNNAYEV 

Chosen
46
redaktor.az

1Sources