EN

Səfirlikdə milyonlarla dollar mənimsəmə iddiası: Nəsir Məmmədov vəzifədən uzaqlaşdırıldı

Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov geri çağırıldı


News365.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Azərbaycanın İraq Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nəsir Natiq oğlu Məmmədov vəzifəsindən geri çağırılıb.


Qeyd edək ki, Nəsir Məmmədov 2023-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə İraqa səfir təyin olunmuşdu.


Yararsız fəaliyyət və iddialar

Xatırladaq ki, Nəsir Məmmədovun fəaliyyəti ilə bağlı tənqidi məqamlar 20 oktyabr tarixində "Globalinfo" saytında yayımlanan məqalədə yer almışdı. Məqalədə bildirilib ki, səfirliyin viza alverindən milyonlarla vəsait mənimsənilir. Viza rüsumunun 20 dollar olduğu halda, saxta vasitəçi şirkətlər vasitəsilə qiymətin 500 dollara qaldırıldığı vurğulanıb.


İl ərzində təxminən 5 min viza verildiyi və nəticədə 2-3 milyon dollar həcmində vəsaitin mənimsənildiyi iddia edilir. Eyni zamanda, diqqət çəkən məqamlardan biri də Nəsir Məmmədovun Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovanın kürəkəni olmasıdır.


Chosen
41
news365.az

1Sources