Lənkəran rayonunun Boladi kəndində iki nəfər dəm qazından zəhərlənib, onlardan biri yeniyetmədir. Manset.az APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər kənd sakinləri 1965-ci il təvəllüdlü Nuriyyə Balağa qızı Əhədova və 2008-ci il təvəllüdlü F.Əhədovadır. Hər iki şəxs təcili olaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri ilkin tibbi xidmətlər göstərilib və müalicələri xəstəxanada davam etdirilir.